5 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın daha bir şəhərində turistlər vergi ödəyəcək

Yaponiyanın daha bir şəhərində turizm vergisi ödəmək lazım gələcək.

Banker.az Trend-ə istinadla bildirir ki, Yaponiyanın Kioto şəhərinə səfər edən turistlər mehmanxana və hostellərdə qalan səyahətçilər üçün nəzərdə tutulan xüsusi vergi ödəməli olacaqlar.

Kiotonun hotel və hostellərində qalanlar bir sutkaya görə 1,8-dən 9 dollaradək ödəniş etməlidirlər. Ödənişin həcmi mehmanxananın neçə ulduzlu olmasından asılı olacaq. Məktəblilər, tələbələr və onları müşayiət edənlər vergidən azaddırlar.

Kioto hakimiyyəti bununla şəhər büdcəsinə ildə 45 milyon dollar əlavə vəsait daxil olacağını bildirirlər. Bu vəsait hesabına isə müxtəlif şəhər layihələri həyata keçiriləcək və infrastruktur yaxşılaşdırılacaq.

Xatırladaq ki, Tokio və Osaka şəhərlərində artıq turizm vergisi tətbiq olunub, bir şərtlə ki, mehmanxanada bir sutkanın qiyməti 90 dolları keçsin.

Son xəbərlər
Digər xəbərlər