15 C
Baku
Friday, April 26, 2024

Yaponiyanın dövlət borcu 10 trilyon dolları aşıb

Yaponiyanın dövlət borcu 2018-ci ilin maliyyə ilində (2019-cu il martın 31-dək) 10 trilyon dolları aşıb.

Bu barədə Yaponiyanın Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, ölkə tarixində dövlət borcu bu məbləğdə olmayıb. Məlumata görə, borc ötən maliyyə ili ilə müqayisədə 141 milyard dollar artıb.

Dövlət borcu ölkənin ümumi daxili məhsulundan iki dəfə çoxdur. Bu “Böyük-7″liyə (“G-7”) üzv digər ölkələr arasında (ABŞ, Almaniya, Britaniya, İtaliya, Kanada, Fransa) ən yüksək göstəricidir. 

©Report Agentliyi

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər