Yaponiyanın dövlət borcu 2018-ci ilin maliyyə ilində (2019-cu il martın 31-dək) 10 trilyon dolları aşıb.
Bu barədə Yaponiyanın Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilib ki, ölkə tarixində dövlət borcu bu məbləğdə olmayıb. Məlumata görə, borc ötən maliyyə ili ilə müqayisədə 141 milyard dollar artıb.
Dövlət borcu ölkənin ümumi daxili məhsulundan iki dəfə çoxdur. Bu “Böyük-7″liyə (“G-7”) üzv digər ölkələr arasında (ABŞ, Almaniya, Britaniya, İtaliya, Kanada, Fransa) ən yüksək göstəricidir.
©Report Agentliyi