10 C
Baku
Thursday, December 12, 2024

Yaponiyanın dövlət borcu adambaşına $74 mini keçib

İyunun sonuna Yaponiyanın dövlət borcu 1.255 katrilyon yenə (təxminən 9.298 trilyon dollara) yüksəlib.

Bu barədə çərşənbə günü ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, dövlət borcu ilk dəfə adambaşına 10 milyon yeni (təqribən 74 min dolları) ötüb.

Yaponiyanın dövlət borcuna dövlət istiqrazlarının, qısamüddətli dövlət qiymətli kağızlarının və müvəqqəti borcların cəmi daxildir. Onların artımı son illərdə pandemiya ilə əlaqədar tibbi və sosial ehtiyaclar üçün əlavə xərclər hesabına baş verib.

Qeyd edək ki, hələ 2003-cü ildə Yaponiyada adambaşına düşən dövlət borcu hazırkı məbləğin təxminən yarısı qədər olub.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər