Yaponiyanın imperatoru Akihito, çərşənbə axşamı günü könüllü olaraq taxtını tərk edərək, hakimiyyəti böyük oğlu Naruhitonun əlinə verəcək. Bununla əlaqədar olaraq, Tokionun mərkəzində dini və vətəndaş mərasimləri keçiriləcəkdir.
Banker.az bildirir ki, günün ilk yarısında, 85 yaşlı Akihito, Yaponiyanın keçmiş 124 imparatoruna həsr edilmiş saray kompleksində yerləşən məbədi ziyarət edəcək. Orada, o, simvolik şəkildə, Günəş Allahına taxtını tərk edəcəyi barədə məlumat verəcək. Bu mərasim ictimaiyyət üçün bağlı olacaq. Belə ki, mərasim imperatorun ailə məsələsidir.
Günortadan sonra isə ölkənin ən möhtəşəm saraylarında birində – “Şam” da- rəsmi vətəndaş mərasimi keçiriləcəkdir. Mərasimdə təxminən 300 nəfər iştirak edəcək – Monarxın ailə üzvləri, nazirlər, parlament palatalarının rəhbərləri, Ali məhkəmənin hakimləri və yerli idarəetmə orqanlarının nümayəndələri.
Mərasimdə ölkənin baş naziri Sindzo Abe çıxış edəcək. May ayının 1-dən etibarən ölkənin başçısı vəzifəsini 59 yaşlı Naruhito icra edəcək. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, imperatorun dəyişilməsi ilə Yaponiyanın Xeysey (“Sülhün quruluşu”) erası sona çatmış olur və yeni Reyva (“Gözəl harmoniya”) erası başlayır.