10 C
Baku
Thursday, December 12, 2024

Yaponiyanın milli valyutası – yen

Yapon Yeni –dünyanın ən populyar valyutalarından biridir. O bu populyarlığı təzəlikcə qazanıb, hələ 20-ci əsrin ortalarında heç kəs təsəvvür edə bilməzdi ki, yapon valyutası dünyanın ehtiyat valyutaları siyahısına daxil olacaq. 2008-ci il böhranından sonra yapon valyutası da “sakit liman” statusunu daha da möhkəmlətdi, məhz belə bir limanda dünyanın maliyyə bazarlarında yaşanan qasırğaların sakitləşməsini gözləməyə dəyər.

Yaponiya pullarının tarixi bilavasitə Çinlə bağlıdır. Yaponiya arxipelaqının sakinləri əsrlə boyu öz qonşularının əmtəə-pul münasibətləri sahəsindəki zəngin təcrübəsindən yararlanıblar, lakin bu sahədə onlar çinlilərdən xeyli geri qalırdı. Məsələn, Çində hələ bizim eradan əvvəl 9-cu əsrdə qəpiklər kəsilirdi, bu vaxt isə Yaponiyada ödəniş vasitəsi kimi düyü dənələri və ya ox ucluqlarından istifadə edirdilər –bu sistemin də əsası Çin imperiyasında qoyulmuşdu.

Yaponiyada dövriyyədə olan ilk metal sikkələr Çindən idxal olunan metal pullar idi, hətta ilk yapon sikkələri belə xarici görünüş və çəki baxımından çin qəpiklərini təkrarlayırdı. Hətta 19-cu əsrdə Yaponiyanın milli valyutasının adı olan “yen” sözü belə, çin dilindəki, “yuan” sözündən alınmışdır. Həm “yuan”, həm də “ yen” sözləri adətən “dairəvi əşya” kimi tərcümə olunur. Çinlilər hələ valyuta əvəzinə balaca, yumru balıqqulağı istifadə etdikləri vaxtlardan etibarən pulu yuan adılandırırlar. Daha sonra bu söz metal sikkələri işlətmək üçün istifadə olundu. Bu pulları yaponlar Çindən Yaponiyaya gətirir və oxşar sözlə adlandırmağa başlayırlar.

Orta əsrlərdə Yaponiya iqtisadiyyatı bir neçə tənəzzül və dirçəliş mərhələsi yaşamalı olub. Bu mərhələlər ərzində hökumət dəyişik şəkildə ya əmtəədən pul vəsaiti kimi istifadə edir, ya Çindən pul idxal edir, ya da öz pullarının –həm metal, həm də kağız pullarının emissiyasına başlayırdı. Mərkəzləşmiş sistemin əsasən isə 17-ci əsrdə sequnat Tokuqavanın epoxasında qoyulur –bu zaman Yaponiyada ilk dəfə vahid qızıl, gümüş və bürünc metal pullar yaradılır və onlar öz aralarında bir-biri ilə zirək kurs əsasında dəyişdirilir. Bu zaman pulların adlanması üçün əksər hallarda yapon heroqliflərindən istifadə olunurdu.

Tokuqava sistemi 19-cu əsrin ortalarına qədər mövcud oldu, sistemə son qoyan isə Yaponiyanın əcnəbilər tərəfindən kəşfi idi. 1850-ci illərin əvvəllərində Yaponiyada gümüş pullar qızıl pullara 1:5 nisbətində dəyişilirdi (yəni 5 gümüş pula 1 qızıl). Avropada isə həmin dövrdə kurs 1:15 idi. Ölkəyə gələn Avropalılar və Amerikanlar qızılı alaraq, az qala onu ölkədən sandıqlarla daşıyıb- aparırdı. Bu isə Yaponiya maliyyə sisteminin tamamı ilə iflas etməsi ilə nəticələndi. 1859-cu ildə Meksika dolları Yaponiyada rəsmi valyuta statusu aldı -19-cu əsrdə bu valyuta şərqdə çox geniş yayılmışdı. Meksika dollarının xüsusi növü Yaponiya zərbxanaları tərəfindən buraxılırdı, bu zaman yerli yarım feodal hökumətlər sistemsiz şəkildə regional valyutaların emissiyasına başlayır. İqtisadiyyat xaosa düçar olur. On il ərzində, 1859-cu ildən1869-cu ilə qədər pul kütləsinin həcmi 2,5 dəfə artır; pullar göz qabağında dəyərdən düşür, qiymətlə inflyasiyaya tab gətirə bilmir.

Yenin tətbiqi5JPYll5 yen nominalında valyuta

Bütün bu hadisələrin fonunda 1868-ci ildə Yaponiyada vətəndaş müharibəsi baş qaldırır: Yaponiyanın qanuni hökmdarı olmaqda davam edən imperatorun tərəfdarları sonuncu sequnat dövrünün böhran və həqarətlərinə son qoymaq istəyirdi. İmperator Kioto və sequn Edo (Tokio) arasındakı konflikt Tokuqava sequnatının məğlubiyyəti və mütləq imperator hakimiyyətinin bərpası ilə nəticələnir.

Meydzi hökumətinin ilk addımları isə Yaponiyanın kompleks modernləşməsinə yönəlmişdi. Onlar qərb dövlətlərini özlərinə nümunə olaraq seçmişdi. Qarşıda duran başlıca vəzifə mərkəzi hakimiyyəti gücləndirmək idi, bundan ötrü isə ölkənin maliyyə sistemini normal hala salmaq lazım idi. Maliyyə islahatının məntiqi başlanğıcı yeni valyutanın – yapon yeninin tətbiqi oldu. Yeni metal qəpiklərin istehsalı üçün lazım olan avadanlıqlar Honkonqdan gətirilirdi, belə ki, islahatdan öncə Meksikan dollarları nümunəsi əsasında gümüş pullar burada buraxılırdı. Yeni valyuta 10-luq sistemə malik idi. Bir yen 100 senə və ya 1000 rinə bölünürdü. Bir yenin tərkibində 1,5 qram qızıl və 25 qram gümüş olmalı idi.

Lakin tezliklə ikili metal standartından imtina edildi və qızıl standartına keçidi, bunun nəticəsində də 1 yenin dəyəri yarım dollara yaxınlaşdı. Eyni zamanda ilkin vaxtlarda yeni pullar ilə yanaşı köhnə pullar da dövriyyədə qalmışdı. Vahid milli valyutanın tətbiqi barədə qanun Yaponiyada yalnız 1871-ci ildə qəbul edildi. Bir il sonra isə dövriyyədə Almaniyada çap edilmiş ilk kağız yenlər peyda oldu.

Növbəti on illər ərzində yeni valyuta yapon iqtisadiyyatının inkişafına xidmət göstərdi. Yalnız ikinci dünya müharibəsi başladığı dövrlərdə yen sürətli şəkildə ucuzlaşmağa başladı. 1946-cı ildə köhnə valyutanı daha ucuz “yeni yen” əvəz etdi.

Yen dünya valyutası rolundayapon%20treydYapon birjasında treyder

Bu valyuta ilə yanaşı 1945-1958-ci illərin arasında işğalçı amerikan hökuməti həm də “B seriyalı yenlər” emissiya etməyə başladı. 1949-cu ildə Yapon yeni yenə də 1:360 kursu ildə Amerika dollarına bağlanmışdı. Tezlikdə yapon banknotlarının nominal dəyəri 1000- 10000 intervalında möhkəmləndi. Xırda pul rolunu isə nominal dəyəri 500 yenə qədər olan qəpiklər oynamağa başladı. Senlər hələ də nağdsız ödənişlər zamanı istifadə olunur, rinlər isə artıq çoxdan tarixə qovuşub, onları çoxdan unudublar.

Lakin bunun əvəzində 70-ci illərdə ABŞ hökuməti qızıl standartından imtina etdikdən sonra, yapon valyutası yüksək sürətlə bahalaşmağa başladı, hətta bu sürət o qədər yüksək idi ki, hökumət rəhbərləri ixracatdan güclü şəkildə asılı olan ölkə iqtisadiyyatının taleyinə görə qorxuya düşdü.

Hökumət valyuta ticarətində aktiv iştirak edərək, yenin qiymətinin qalxmasının qarşısını almaq istiqamətində səy göstərməyə başladı, lakin buna rəğmən artıq 1978-ci ildə bir dollara 211 yen istəyirdilər. Yalnız 1979-cu il energetika böhranı zamanı Yaponiyaya idxal olunan kömürün həddindən artıq bahalanması yenin kursunun artım tempini aşağı saldı.

1985-ci ildə “Plaza saziş”inin əldə edilməsindən sonra yenin qiyməti yenə kəskin şəkildə bahalaşmağa doğru gedir. Çünki bu zaman Böyük beşlik ölkələri amerikan dollarını süni şəkildə zəiflətmək barədə öz aralarında razılığa gəlirlər. Bunun nəticəsində 1991-ci ildə amerikan dollarının dəyəri alman markası və yen ilə nisbətdə iki dəfə azaldı. 1995-ci ildə yen dollar ilə 1:80 kursuna uyğun dəyişdirilirdi. Bundan sonra yapon valyutası yenə də ucuzlaşmağa doğru getdi, növbəti on illiklərdə baş vermiş maliyyə böhranları və iqtisadi köpüklər bu prosesə təkan verdi. Amma artıq 2011-ci ildə yapon valyutası 1:76 kursuna çataraq, dollar ilə nisbətdə yeni rekord dəyər nümayiş etdirdi.

Belə bir ciddi qiymət tərəddüdləri həm də yenin ən geniş istifadə olunan maliyyə alətlərindən biri olması statusunu da əks etdirir – valyutanın qeyri stabilliyi onu spekulyativ investorlar üçün xüsusən maraqlı edir. Dünya bazarında ticarət həcminə görə yapon valyutası yalnız dollar və avrodan geri qalır.

Yenin daha bir xarakterik xüsusiyyəti onun məişətə yaxın olmasıdır. Hal-hazırda Yaponiyada seriya şəklində 7 formada sikkə istehsal olunur və onlar bir birindən çəki və formasına görə əhəmiyyətli dərəcədə fərqlənirlər, yüngüllər – alüminium, ağırlar mis, qıraqları düz və ya nahamar olanlar, mərkəzində dəlik olanlar və olmayanlar. Belə hesab olunur ki, bu zəif görmə qabiliyyəti olan insanlara pulları tanımağa kömək edir. Bu sistem həmçinin banknotların çapı zamanı tətbiq edilir – nominal nə qədər böyük olarsa, kupyuranın həcmi də bir o qədər böyük olar.

Ənənəvi olaraq, Yaponiyada həm əskinazlar, həm də sikkələr qısa şəkildə, 1,5 və 10 nominalı ilə emissiya olunur. Yeganə istisna halı 2000-ci ildə olmuşdur, bu zaman Böyük Səkkizlik ölkələrinin Okinavada baş tutan sammitinin şərəfində nominal dəyəri 2000 yen olan banknotlar çap edilmişdi. İctimaiyyət bu məsələyə bir mənalı yanaşmadı. Bəzi dükanlar bu şübhəli kupyuranı ödəniş vasitəsi kimi qəbul etməkdən imtina edirdi. Zaman keçdikcə 200 nominalı olan bu banknotlar tədricən dövriyyədən çıxaraq, bir növ numizmatik tapıntıya çevrilirdi. İndi dövriyyədə onlara demək olar ki, rast gəlinmir, amma banklarda bu kağızlar ödəniş vasitəsi kimi qəbul olunur və verilir.

1999-cu ildən bəri yaponiyada yenin denominasiya məsələsi aktiv şəkildə müzakirə olunur: bir çoxları valyutanı dollara müvafiq həddə çatdırmağı və ən böyük kupyuranı100 yen etməyi təklif edirlər. Bu ideyanın tərəfdarlarının əsas arqumenti qarşılıqlı hesablama işinin asanlaşmasıdır, amma rəsmi səviyyədə bu təklif hələ ki, dəstəklənmir.

Son xəbərlər
Digər xəbərlər