Bu gün Yaponiyanın aparıcı banklarından biri olan “Mizuho Financial Group” broker “Rakuten Securities”in 19.99% payını 80 milyard yen (552 milyon dollar) qarşılığında satın aldığını elan edib. Müqavilənin noyabrda bağlanacağı gözlənilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“Mizuho”ya bu müqavilə “Rakuten Securities”in texnologiyalarına və müştəri bazasına çıxış imkanı verəcək. “Rakuten Securities” isə öz növbəsində birjaya çıxmağa hazırlaşır.
“Biz inanırıq ki, “Rakuten Securities Holdings” səhmlərinin dəyərinin artmasına səbəb olacaq”, – deyə “Rakuten Holdings”in nümayəndəsi qeyd edib.