Bu təsvirlərə ilk baxdıqda hər hansı ekzotik ölkədə atəş-fəşanlıq keçirildiyini təxmin etmək olar. Lakin bu heç də elə deyil. Bura Yaponiyadır və bu glisiniya bitkisidir. Bu bitki artıq 144 ildir ki, Asiqaka parkında bitir. Glisiniya ağac kimi görünə bilər, lakin əslində sarmaşıqdır. Bu bitkilər çox ağır olduğundan bitkinin hissələri polad dirəklərlə saxlanılır. Bu da ziyarətçilərə nağılvari səma altında gəzintiyə imkan yaradır.