2 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın “Nikkei” indeksi ilk dəfə olaraq 40 min bəndi keçib

Yaponiyanın “Nikkei” indeksi martın 4-də keçirilən erkən ticarətdə 0.84% artaraq 40 245.69-a yüksəlib. Tarixdə ilk dəfə olaraq indek 40 min bənd həddini keçib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Texnologiya investoru “SoftBank Group”un səhmləri 2.6%, çip istehsalçısı “Tokyo Electron” 3.15%, yarımkeçirici avadanlıq istehsalçısı “Advantest” 2.65%, avtomatlaşdırma sistemləri istehsalçısı “Fanuc” isə 1.6% artıb. Bu arada, “Toyota” səhmləri 1.06% ucuzlaşıb.

Nikkei beş həftə ardıcıl olaraq yüksəlir. Yaponiyanın digər bir indeksi “Topix” 0.3% artaraq 2 717.49-a çatıb.

Yaponiya bazarı Amerika bazarında müsbət nəticələr fonunda böyüyür. NASDAQ və S&P 500 indeksləri keçən həftə rekord həddə çatıb. Əsas drayver çiplərə yüksək tələbatın olduğunu bildirən texnologiya şirkətləri olub.

Son xəbərlər
Digər xəbərlər