2 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyaları gələn həftə qüvvəyə minəcək

Rusiyaya idxalı qadağan olunan malların siyahısını genişləndirən Yaponiya sanksiyalarının yeni paketi avqustun 9-dan qüvvəyə minəcək.

Bu barədə Yaponiyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Yeni məhdudiyyətlər 758 yeni sahəni əhatə edəcək. Buraya mühərrikinin həcmi 1.9 litrdən çox olan avtomobillər, müxtəlif növ foto və plyonkalar, tikinti materialları, plastik məmulatlar, tekstil, lokomotivlər, vaqonlar və s. daxildir.

Sanksiyaların tətbiqi başlayandan bəri Yaponiya Rusiyadan olan 987 nəfərə, 437 təşkilata ixrac qadağası tətbiq edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər