22 C
Baku
Friday, April 26, 2024

Yaponiyanın “Seven Bank” maliyyə təşkilatı əcnəbilər üçün sürətli bank hesabı açacaq

Yaponiyanın “Seven Bank” maliyyə təşkilatı ölkəyə yeni gələn əcnəbilər üçün sürətli bank hesabı açmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verir.

Ölkə marketlərində bankomatlar şəbəkəsinə malik olan “Seven Bank” gələn ilin yazında həmin istiqamətdə fəaliyyətə başlayacaq.

Bankın Yaponiyaya gəlmək istəyənlərə onlayn viza təqdim edən “One Visa” firması ilə birlikdə fəaliyyət göstərəcəyi bildirilir.

Hazırda Yaponiyada yaşayan əcnəbilərə altı aydan sonra, onların yaşayış statusu və gəlirinin məbləği dəqiqləşdikdən sonra bank hesabı açmaq icazəsi verilir.

Həmin iki şirkət viza üçün müraciət edənlər barədə şəxsi informasiyaları toplayaraq, onlar Yaponiyaya gələnədək bank hesabının açılması hüququnun əldə edilməsinə kömək edəcək. Bu, əcnəbilərin ölkəyə gəldikdən sonra bir neçə gün ərzində bank hesabı açmasına şərait yaradacaq.

Yaponiya parlamenti tərəfindən qəbul edilən və əcnəbilərin ölkəyə gəlməsinə icazə verən qanun qüvvəyə mindikdən sonra belə şəxslərin sayının sürətlə artacağı gözlənilir.

Bank güman edir ki, əcnəbi rezidentlərin öz ölkələrinə vəsait göndərmək üçün ödəyəcəyi məbləğ onun vəsaitinin artmasına səbəb olacaq. “Seven Bank”ın rəhbəri Masaaki Matsuhaşi isə ümid etdiyini bildirib ki, rəhbərlik etdiyi təşkilat Yaponiyaya yeni gələn əcnəbilər üçün az da olsa, maliyyə xidmətləri göstərməyə nail olacaq.

©Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər