Yaponiyanın “Kyocera” şirkəti mobil telefon bazarından çıxdığını açıqlayıb. “GSM Arena” yazır ki, fevral ayında şirkət 16.6 milyon dollar itirib.
“Biz artıq qlobal bazarda rəqabət apara bilmərik”, – deyə “Kyocera”nın prezidenti Hideo Tanimoto bildirib.
“Kyocera” – telefon bazarında ən qədim şirkətlərdən biri olub – o, 1989-cu ildən mobil qurğular istehsal edir.
2021-ci ildə başqa bir əfsanəvi istehsalçı, Cənubi Koreyanın “LG” şirkəti də smartfonlar bölməsini bağlayıb.