Yaponiyanın “SoftBank” holdinqi NVIDIA səhmlərini $3,3 mlrd. mənfəətlə satıb

0
FILE PHOTO: Signage for SoftBank Group Corp. is displayed outside one of the company's stores in Tokyo, Japan, on Tuesday, May 9, 2016. SoftBank on July 18, 2016, agreed to buy ARM Holdings Plc for 24.3 billion pounds ($32 billion), securing a slice of virtually every mobile computing gadget on the planet and future connected devices in the home. Photographer: Tomohiro Ohsumi/Bloomberg

Yaponiyanın SoftBank Group-na məxsus olan Vision Fund, ABŞ-ın qrafik həlləri istehsalçısı Nvidia şirkətinin 4.9% -ni satıb.

Vision Fund, 2017-ci ilin may ayında NVIDIA-ya sərmayə qoyacağını elan etmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinad edir.

Fondun səhmləri 4,9% -ni 4 milyard dollara satın aldığını qeyd etmişdir. Lakin, SoftBank-ın rəhbəri olan Masayoshi Son, şirkətin xüsusi dəyərində ticarət strategiyasından istifadə etdiyini söyləyib. Bu strategiya, səhmlərin kəskin düşdüyü bir halda zərərləri ödəmək imkanını yaradacaq.

Nəticədə, Vision Fund, hər bit səhmi 218 dollara satıb. Xatırladaq ki, bir səhmin orta qiyməti 105 dollar olmuşdur. NVIDIA-ya qoyulan investisiyalardan SoftBank gəlirləri 3,3 milyard dollar təşkil edib.

Son aylarda Nvidia səhmləri düşür. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə şirkət qiymətli kağızların dəyərinin yarısını itirmişdir. 2019-cu il 5 fevral tarixində  keçirilmiş hərracların yekununda bir səhmin qiyməti 149,95 dollar təşkil etmişdir.

Yanvar ayının sonunda Nvidia, kompüter istehsalçılarının qrafik prosessorlarına zəif tələbat və məlumat mərkəzləri üçün nəzərdə tutulmuş həllərin satışının zəif olmasına istinad edərək, öz rüblük gəlir proqnozlarını aşağı salmışdır.