9 C
Baku
Thursday, November 28, 2024

Yaponiyanın su təchizatı ilə bağlı Azərbaycana ayırdığı kreditin müddəti uzadılıb

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair 2009-cu il mayın 29-da imzalanmış AZB-P4 nömrəli Kredit Sazişinə Dəyişiklik Məktubu”nun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Sazişə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (YBƏA) Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin həyata keçirilməsinə 32 milyard 851 milyon Yapon yeni məbləğindən artıq olmayan vəsaiti borc verməyə razılaşıb.

Kredit sazişi çərçivəsində vəsaitlərinin ən son istifadəsi Kredit Sazişinin qüvvəyə minməsi tarixindən 8 il sonra eyni ay və gün tarixindən gec olmayaraq yerinə yetirilməli idi. Belə ki, Kredit Sazişi çərçivəsində vəsaitlərin istifadəsi 2017-ci ildə başa çatmalı idi.

Layihəyə əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Azərbaycan Respublikası Hökuməti arasında digər formada razılaşdırılmadığı halda Kredit Sazişi üzrə son istifadə qüvvəyə minmə tarixindən etibarən 30 dekabr 2021-ci il tarixinədək yerinə yetiriləcək. İstifadə müddəti başa çatandan sonra YBƏA tərəfindən heç bir növbəti istifadə üzrə ödəniş həyata keçirilməyəcək.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər