9 C
Baku
Wednesday, November 13, 2024

Yaponiyanın tanınmış texnologiya şirkəti ilk 5G smartfonunu təqdim edib

Yaponiyanın elektronika sahəsində tanınmış “Sharp” şirkəti ilk 5G smartfon modelini təqdim edib.

Yeni modelin cari ilin yazında, ölkədə yeni nəsil yüksəksürətli xətt şəbəkəsi işə başlayacağı zaman satışa çıxarılması planlaşdırılır.

“Sharp” şirkətinin nümayəndələrinin bildirdiyinə görə, yeni smartfon hazırda mövcud olanlardan fərqli olaraq videogörüntünü təqribən 10 dəqiqəyə deyil, bir neçə saniyə ərzində köçürməyə imkan verəcək. Bundan əlavə, yeni modelin 6,5 düyümlük displeyi və dörd kamerası var. Onun vasitəsilə 8K formatlı videolar yazmaq olar. Süni intellekt vasitəsilə tanıma funksiyası avtomatik şəkildə insanları və ya heyvanları müəyyənləşdirməyə, video baxış boyunca onların görüntüsünün ölçülərini böyütməyə imkan yaradır.

Yeni modelin ilkin satış qiymətinin təqribən 100 min yen (910 dollar) məbləğində olacağı gözlənilir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər