Yaponiyanın turizm sənayesi 99,9% çöküb

Aprel ayında Yaponiyanın turizm sənayesi 99,9% azalıb, bu barədə ölkənin Milli Turizm Təşkilatı məlumat verib. Belə ki, hesabat ayı ərzində ölkədə cəmi 2 min 900 nəfər xarici turist qeydiyyata alınıb və bu, 1964-cü ildən bəri ən böyük azalmadır.

Banker.az xəbər verir ki, sərhədlərin bağlanması və hərəkətə məhdudiyyətlərin qoyulması bir vaxtlar çiçəklənən sənayenin tamamilə iflic olmasına səbəb olub.

Xatırladaq ki, aprelin 3-də Yaponiya hakimiyyəti Çin, ABŞ və Avropa daxil olmaqla, demək olar ki, 100 ölkənin vətəndaşlarının girişinə qadağa qoymuşdu.