11 C
Baku
Thursday, November 14, 2024

Yaponiyanın üç ən böyük kommersiya bankının səhmləri ucuzlaşıb

Yaponiyanın meqabanklar kimi tanınan üç ən böyük kommersiya bankının səhmlərinin dəyəri bazar ertəsi keçirilən ticarətdə kəskin ucuzlaşıb.

Yerli vaxtla saat 10:12-də (Bakı vaxtı ilə 05:12) “Mitsubishi UFJ Financial Group”un qiymətli kağızlarının dəyəri 13,91% azalıb.

“Sumitomo Mitsui Financial Group”un səhmləri 15,27%, “Mizuho Financial Group”un səhmləri isə 13,55% azalma göstərir.

Yerli müşahidəçilər Tokio birjasındakı çöküşü avqustun 2-də əmək bazarı statistikasının bazar gözləntilərindən aşağı olduğu ABŞ-də mümkün tənəzzüllə bağlı narahatlıqlarla izah ediblər.

Qeyd edək ki, Asiyanın ən böyük Tokio Birjasının kotirovkaları ticarətin açılışında çöküb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər