Yaponiya COVID-19 səbəbindən tətbiq edilən gömrük nəzarətini yumşaldır. Ölkənin daha 3 regional hava limanı iyul ayında beynəlxalq uçuşları qəbul etməyə başlayacaq.
Bunu ölkənin Baş naziri Fumio Kisida açıqlayıb.
Bunlar Senday, Hirosima və Takamasu şəhərlərində yerləşən hava limanlarıdır. Ölkənin ən böyük hava limanları olan Narita, Haneda və Kansay da xarici reysləri qəbul edir.
Xatırladaq ki, Yaponiyaya gündəlik 20 min nəfərin gəlişinə icazə verilir.