17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Yaponiyanın üçüncü böyük bankının işində nasazlıq yaranıb

Screen Shot 2021 09 02 at 14.34.20

Yaponiyanın böyüklüyünə görə üçüncü bankı olan “Mizuho”nun işində nasazlıq yaranıb.

TASS xəbər verir ki, bu barədə bankın rəsmi saytında bildirilir.

Qeyd edilir ki, hazırda müştərilər bütün ölkə üzrə filialların operatorları vasitəsilə pul köçürmələri edə bilmirlər. Bununla birlikdə, belə xidmət bankomatlarda və internet bankda mümkündür.

“Mizuho” rəhbərliyi narahatlığa görə üzr istəyib və bütün sistemlərin işini qısa müddətə bərpa etməyə söz verib. Bankda cari ilin martında yaranmış digər nasazlığa görə təxminən 3 min bankomat işini dayandırıb.

“Mizuho” Yaponiyanın ən böyük banklarının ilk üçlüyünə daxildir, onun səhmlərini ümumi məbləği təxminən 193 trilyon ien (təxminən 1,75 trilyon ABŞ dolları-red) təşkil edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər