1 C
Baku
Saturday, December 14, 2024

Yaponiyanın valyuta ehtiyatları rekord həddə düşüb

Yaponiyanın valyuta ehtiyatları martın sonunadək 2%-dən çox azalıb ki, bu da onların bu cür statistikanın dərcindən sonra ən böyük düşmədir.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Martın 31-nə olan məlumata görə, Yaponiyanın valyuta ehtiyatları təxminən 1.4 trilyon dollar təşkil edib. Azalma ilk növbədə Tokionun ehtiyatlarının bir hissəsini saxladığı ABŞ dövlət qiymətli kağızlarının dəyərdən düşməsi ilə bağlıdır.

Yaponiya Maliyyə Nazirliyi bildirib ki, avronun dollara nisbətdə ucuzlaşması da öz təsirini göstərib.

Son xəbərlər
Digər xəbərlər