1 C
Baku
Cümə, Yanvar 21, 2022

Yaponiyanın xarici işlər naziri dünya iqtisadiyyatının ən ağır böhranla üzləşəcəyini proqnozlaşdırıb

Yaponiyanın xarici işlər naziri dünya iqtisadiyyatının II Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşəcəyini söyləyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Beynəlxalq iqtisadiyyata, eləcə də Yaponiya iqtisadiyyatına təsir olduqca ciddidir. Dünya iqtisadiyyatı müharibədən bəri ən ağır böhranla üzləşib”, – deyə Tosimitsu Moteqi bildirir.

Mövcud vəziyyəti nəzərə alaraq, Yaponiya hökuməti anti-böhran tədbirlərinə xərclənəcək məbləği 117,1 trilyon yen (təxminən 1,09 trilyon dollar) səviyyəsinə qaldırmaq niyyətindədir. Xatırladaq ki, koronavirus pandemiyası fonunda böhran əleyhinə “tədbirlər paketi” 108 trilyon yen dəyərində olub.

Lakin bəzi mütəxəssislər bunun kifayət etməyəcəyini düşünür və dördüncü rübdə işsizliyin 2,72%-dək yüksələcəyini proqnozlaşdırır. Beləliklə, vəziyyət 2008-2009-cu illərdəki böhrandan daha pis ola bilər.

Son xəbərlər
Oxşar xəbərlər