Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan ölkəyə giriş məhdudiyyətləri aprelin 29-dan tamamilə ləğv edilib.
Qərar eyni gündə başlayan “Qızıl həftə” bayram tətili ilə əlaqədar səyahətlərin çoxalması ehtimalı nəzərə alınaraq qəbul olunub. Hökumət əvvəlcə sərhəd məhdudiyyətlərini bayram tətili bitəndən sonra – mayın 8-də aradan qaldırmağı planlaşdırsa da, bayram günlərində yaponiyalıların xaricə səyahətə gedib-gəlməsini asanlaşdırmaq üçün məhdudiyyətlərin qüvvəyə minmə tarixi aprelin 29-na dəyişdirilib.
Qərara əsasən, xaricdən Yaponiyaya gələnlər yeni növ koronavirus əleyhinə 3 doza vaksin qəbul etməyi təsdiqləyən sertifikatı və ya son 72 saatda verilmiş PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməkdən azaddırlar. Bundan başqa, mayın 8-dən etibarən COVID-19 infeksiyasının statusu mövsüm qripi kimi daha az təhlükəli viruslar kateqoriyasına salınacaq.
Qeyd edək ki, Yaponiyaya 2020-ci ilin fevralından etibarən pandemiya səbəbindən ölkəyə girişi maksimum dərəcədə məhdudlaşdırılmışdı.