12 C
Baku
Wednesday, December 11, 2024

Yaponiyda iqtisadiyyatı diriltmək üçün $708 mlrd. həcmində stimul paketi hazırlandı

Yaponiya hökuməti COVID-19 epidemiyası nəticəsində zərər görmüş iqtisadiyyatı üçün 73.6 trilyon yenlik ($708 milyard) iqtisadi stimul paketi hazırlayacağını elan edib.

Banker.az Reuters-ə istinadən xəbər verir ki, bununla bağlı həftənin cümə axşamı Baş nazir Yoşihayd Suqa tiribunada bəyan edib.

Yaponiya rəqəmsallaşmada qarşısına hədəflər qoyub. Yeni inkişaf sahələrinə də investisiya qoymağı planlaşdırmaqla yanaşı, ölkənin dərin koronavirus tənəzzülündən qurtulmasını sürətləndirmək üçün bu vəsaitin atıldığı bildirilir.

Yeni paketdə birbaşa maliyyə xərcləri və karbon emissiyalarının azaldılması və mənimsənilməsini artırmağı hədəf alan təşəbbüslər nəzərdə tutulub.

Suqa deyib ki, bu istiqamətdə nəzərdə tutulmuş ilkin məbləğ təxminən 40 trilyon yen ($384.54 milyardı) olacaq. Əlavə olaraq Baş nazir pandemiya ilə mübarizədə stimulun ümumi dəyərinin təxminən $3 trilyona çatdıracaq qanun layihəsinin təsdiqlənməsinə hazırlaşdığı bildirilib.

Suqa deyib ki, bu stimul paketi ölkə ÜDM-sini 3.6% ətrafında artıracaqdır.

Reuters qeyd edir ki, ABŞ-da isə analoji mübarizənin aparılması üçün $908 mlrd. həcmində qanun layihəsi Senatda müzakirəyə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər