12 C
Baku
Saturday, November 23, 2024

Yaponlar moving average-ləri necə istifadə edir

Beyond Candlistick

“Pul səbr ağacında böyüyər”

Yaponiyada da Qərbdə olduğu kimi moving average-lərdən dəyərli ticarət aləti kimi istifadə edilir. Yaponiyanın bəzi moving average texnikaları özündə qızıl və ölü xaçları (golden and dead cross), bərabərsizlik indeksini (disparty index ) və dəyişən orta göstərici divergensiyasını (moving average divergence ) birləşdirir.

Yaponiyalı treyderlərlə müzakirələrim onu aşkara çıxartdı ki, qısa müddətli əməliyyat açan treyderlər 5, 9 və 25 günlük averglərdən , uzunmüddətli ticarətə üstünlük verən treyderlər isə 13-,26- həftəlik və ya 75 və 200 günlük moving-lərin istifadəsi daha populyardır. Bundan əlavə Qərbdəki kimi bir çox Yapon treyderlərin özlərinin sevimli moving averagleri vardır.

Qızıl və Ölü xaçlar

Yaponlar qısamüddətli və uzunmüddətli averag-ləri müqayisə etmək üçün ikili “moving averag”-lərdən istifadə edirlər. Misal üçün, onlar 13 və 26 həftəlik moving averag-ləri müqayisə edəcəklər. Fiqur 5.1 də göstərildiyi kimi, əgər qısa müddətli moving average uzunmüddətli moving average üzərindən kəsərsə ona bullish siqnalı kimi baxılır. Yaponiyalılar bu kəsişməni qızıl xaç adlandırırlar. Nə zaman ki, qısa müddətli moving average uzunmüddətli moving averagi aşağısından kəsir onda bu bearish siqnalıdır və o kəsişmə ölü xaç kimi adlandırılır.

Fiqur 5.2 də , düz xətlə 26-həftəlik moving average və qırıq-qırıq xətlə 13-həfləlik moving average göstərilmişdir. 1992-cı ilin iyulunda qısa müddətli moving average uzun müddətli moving averagi aşağısından kəsərək o bearish ölü xaçı yaratmışdı. 1992-cı ilin noyabrında 13-həftəlik moving average 26-həftəlik moving averagin üzərinə keçərək bullish qızıl xaç tamamlanır. Onu da qeyd edək ki, 1993-cü ilin may sessiyasında asılı adam formasiyası (hanging man ) korreksiyaya işarə etdi.

Capturetyu5

Fiqur 5.1 Ölü xaç və qızıl xaç

Captureffffh4
Fiqur 5.2 ölü və qızıl xaç , Disney-həftəlik

Son xəbərlər
Digər xəbərlər