13 C
Baku
Friday, April 26, 2024

Yaponlar tərəfindən hazırlanan “MRJ” son 50 ildə ilk sərnişin təyyarəsi olacaq

ABŞ-da Yaponiyanın “Mitsubishi Regional Jet” (MRJ) yaxın məsafəli sərnişin təyyarəsinin 2020-ci ilə planlaşdırılan satışı ərəfəsində sınaqlarına başlanılıb.

 Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Sınaqlar Yaponiyanın “Mitsubishi Aircraft” şirkətinin Vaşınqton ştatında yerləşən bazasında keçirilir. Təyyarənin mühərrikinin və digər sistemlərinin müxtəlif rejimlərdə yoxlanılması aparılır. İl ərzində daha iki “MRJ” təyyarəsinin sınaqlar üçün ABŞ-a gətiriləcəyi bildirilir.

Qeyd edilir ki, laynerin sertifikatlaşdırılması prosesinə gələn il yekun vurulacaq. Məhz bundan sonra təyyarənin sifarişçilərə çatdırılmasına başlanacağı gözlənilir.

“MRJ” son 50 ildə çox müddət ərzində yaponlar tərəfindən hazırlanan ilk sərnişin təyyarəsi olacaq. Onun uçuş məsafəsinin 1,5 min kilometrdən 3,5 min kilometrədək təşkil edəcəyi bildirilir. Həmçinin bu təyyarələr modelindən asılı olaraq göyərtəsinə 90-dək sərnişin qəbul edəcək.

MənbəAzərtac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər