13 C
Baku
Friday, April 19, 2024

Yaponları irəli aparan sözlər

Problemi həll etmək mümkündürsə bu haqda narahat olmağa dəyməz. Yox əgər onu həll etmək mümkün deyilsə onun barəsində narahat olmaq faydasızdır. 

Düşünüb qərar ver, qərar verdinsə düşünmə.

Gedəni saxlama, gələni qovma.

Tez – yavaşdır, lakin fasilələrlə.

Yaxşı insanın dostu olmaq, pis insanın dostu olmaqdan yaxşıdır.

Adi insanlardan dahi insan alınmır.

Günəş doğruları tanımır. Günəş yanlışları tanımır. Günəş kimisə isitmək məqsədi olmadan parlayır. Günəşdən nümunə götür.

Ən uzaq yol da ilk addımdan başlayır.

Əgər qılınca ömründə cəmi 1 dəfə ehtiyacın olsa belə, onu daim özünlə götür.

Gözəl güllər yaxşı meyvə gətirməz.

Kədər – cırılmış paltar kimidir, onu evdə qoymaq lazımdır.

Bir xoş söz üç soyuq qış ayını isidə bilər.

Axmaq və dəlilərə yol ver.

Bacardığın hər şeyi et, qalan şeyləri isə taleyə etibar et.

Həddindən artıq dürüstlük axmaqlığa bərabərdir.

Təbəssüm olan evə xoşbəxtlik qonaq gələr.

Soyuq çay və soyuq düyü qəbul edilən, soyuq baxış və soyuq söz isə dözülməzdir.

Qadın istərsə, qayaları belə yarıb keçər.

Soruşmaq 1 dəqiqəlik utanc, bilməmək isə ömürlük utancdır.

Dərin çaylar səssiz axar.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.