Bu məqalədə biz sizinlə yaradıcı insanların xasiyyətlərindən danışacağıq. Bu məsələni psixologiya professoru Maixay Çiksentmixayi (Mihaly Csikszentmihalyi) araşdırır. O, biznes psixologiyası sahəsində nüfuzlu mütəxəssislərindən biridir.
Yaradıcı insanların adi insanlardan nə ilə fərqləndiklərini bilmək istəyirsiniz? O zaman bu məqaləni diqqətlə oxuyun.
1. Güclüdürlər, lakin çox məşq edirlər
Yaradıcı insanlar çox enerjiləri olur, lakin, əfsuslar olsun ki, bu enerji az sərf olunur. Çünki yaradıcı insanın işi, ilk növbədə, onun beyninin işi ilə bağlıdır. Yaradıcı insanlar yalnız intellektual əməklərinə kökləndikləri üçün onların bədəni zəif görsənir.
Məhz buna görə bədən və şüur arasında balansa riayət etmək lazımdır.
2. Ağıllıdırlar, lakin sadəlövhdürlər
Mixay Çiksentmixayi etiraf edir ki, yaradıcı insanlar ağıllıdırlar. Onlar qeyri-adi tərzdə düşünmək, müxtəlif nəzər nöqtələrini dəyərləndirmək bacarıqlarına malikdirlər. Lakin yaradıcı insanların əksəriyyəti düşünürlər ki, bir insanın kreativliyini yaradıcı testlərlə ölçmək, yaradıcılığı inkişaf etdirmək isə ixtisaslaşmış kurslarda mümkündür.
3. Tənbəl, lakin fədakardırlar
Yaradıcı insanlar istirahət etməyi sevirlər. Lakin məsələ yeni layihənin “yaranmasına” gəldikdə onlar fədakarcasına çalışmağa hazırdırlar.
Mixay Çiksentmixayi qeyd edir ki, yaradıcı insanların əksəriyyəti gec saatlara qədər çalışırlar və onları heç nə dayandıra bilməz.
4. Xəyalpərəst, lakin realistdirlər
Bu yaradıcı insanların sirridir. Onlar nə istəsə uydura bilərlər. Lakin buna baxmayaraq yaradıcı insanların əksəriyyətinin həyata baxışları tamamilə realistikdir.
5. Ünsiyyətcil, lakin özlərinə qapalıdırlar
Çiksentmixayinin müşahidələrinə əsasən, yaradıcı insanlar həm ünsiyyətcil, həm də özlərinə qapalı olurlar. Cəmiyyət arasında onlar olduqca ünsiyyətcil, yaxın dostlarının əhatəsində isə çox sakit olurlar.
6. Təvazökar, lakin qürurludurlar
Adətən, yaradıcı insanlar təvəzökar olurlar. Onlar heç kəsdən onları tərifləmələrini gözləmirlər. Lakin bununla yanaşı onlar heç kəsə onların qürurlarına toxunmağa da icazə verməzlər.
7. Cəsarətli, lakin zərifdirlər
Mixay Çiksentmixayi iddia edir ki, yaradıcı insanlar adətən özlərinin gender rollarına uyğun olmurlar. Beləliklə, yaradıcı qadınlar adətən çox cəsarətli, kişilər isə, əksinə, olduqca zərif olurlar.
8. Üsyankar, lakin konservativdirlər
Yaradıcılıq nə deməkdir? Nəyinsə yaradılması. Bununla əlaqədar yaardıcı insanlar əksər hallarda üsyankar insanlar kimi tanınırlar. Çünki onların ideyaları qeyri- adi olurlar. Lakin bununla yanaşı yaradıcı insanların əksəriyyəti öz köhnə həyat tərzlərindən, vərdişlərindən imtina edə bilmirlər.
9. Ehtiraslı, lakin obyektivdirlər
Demək olar ki, bütün yaradıcı insanlar öz işlərinə ehtiraslı şəkildə vurğun olurlar. Belə görünə bilər ki, bu sevgi onların gözlərini kor edə bilər, lakin onlar öz fəaliyyətlərinə qarşı çox obyektiv olurlar.
Yaradıcı insanlar öz “Mən”lərini işlərindən ayırmağı bacarmalı və həmçinin tənqidi qəbul edə bilməlidirlər.