“Təhlükəsizlik Şurasının təmin etməli olduğu bu təhlükəsizlik haradadır? O yoxdur”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“BMT-nin yaratdığı sülh haradadır? Bu, mövcud deyil. Dünya onların (Rusiya ordusunun – red.) ölkəmizin digər şəhərlərində nə etdiklərini hələ görməyib. Coğrafiya fərqli ola bilər, amma cinayətlər eynidir”, – deyə Zelenski bildirib.