15 C
Baku
Tuesday, May 14, 2024

Yarıda qalmış şəhərlər

Bir neçə kəlmə də o şəhərlər haqqında danışaq ki, onlar o dərəcədə fantastik olublar ki, sonda reallığa çevrilə bilməyiblər. Nə bilmək olar, bəlkə “gələcəyin uşaqları” öz əcdadlarının arzularını yerinə yetirəcək.

1 thumb1

Broadacre City

İlk öncə onu deyək ki, Broadacre şəhər layihəsi tarixin ən məşhur və ən hörmətli memarlarından biri olan Frank Llyod Rayt tərəfindən 1932-ci ildə tərtib edilib. Bu şəhər, əvvəllər mövcud olmamış, tam yeni bir tərzdə şəhər olmalı idi. Əsas ideya ənənəvi şəhər həyat tərzi ilə kənd təsərrüfatın inkişaf etdiyi bir məkanı bir arada təcəssüm etdirmək idi.

Belə nəzərdə tutulmuşdu ki, hər bir sakinin özünün üzümçülük sahəsi və əncir bağı olacaq, bütün meyvə tərəvəzlərin evin qarşısındakı həyətyanı sahədə becəriləcək. Beləliklə bütün sosial siniflər birləşəcək və bərabərhüquqlu olacaqlar. Rayt mərkəzləşməyə nifrət edirdi, buna görə də onun şəhəri uzanıb gedən və geniş idi. Bu, şəhəri digər şəhərlərdən fərqləndirən əsas nüans olacaqdı.

Broadacre layihəsində evlər, fabriklər, ofislər və bələdiyyə binaları (şəhərin icra aparatları) biri-birindən geniş parklar, baxımlı çəmənliklər və ağaclıqlar ilə geniş məsafələrdə bir-birindən ayrılacaqdı.

Təmizlik yaşayışın, mövcudluğun başlıca şərti idi. Yalnız yüngül sənayeyə icazə verilə bilərdi. Bütün telekommunikasiya xətlərini isə qazaraq yerin altında gizlətmək lazım idi.

Amma ki, belə bir şəhərə qarşı çıxanların sayı həddindən artıq çox idi. Bir sıra şəhər salanlar nəqliyyatdan istifadənin minimuma qədər endirilməsi fikri ilə razı deyildi. Raytın planları gerçəkləşmir. Bunun yeganə xatirəsi, planetimiz belə zəngin olduğu şəhərətrafı təsərrüfatlardır.

214

Disney Dünyası

Mahiyyət etibarı ilə isə buna sadəcə şəhər demək olmaz. Çünki Disney diyarında olan istənilən bir şəxs buranın ayrı bir aləm, ayrı bir dövlət olduğunu hiss edib, bu ölkə öz qanunların uyğun yaşayır. Lakin eyni zamanda Disneyin bir çox ideyaları öz gerçək təcəssümün tapmayıb.

Dünyada ən yaşı əyləncə yeri ola biləcək məkanların balaca siyahına nəzər salaq:

  • Əfsanələr dünyası: Qədim Yunan və Roma əfsanələri ilə dolu bir park;
  • Disney portu: Tokyo DisneySea-nin Kaliforniyada amerikan versiyası;
  • Asiya, Venessiya, İran və aralıq dənizi tematikası olan parklar;
  • Disney Amerika: Virciniyada vətənpərvər park;
  • Əyləncələr dünyası: Jül Vern timsalında. Bəzi ideyalar Paris əyləncələr dünyasına realizə edilib;
  • Qaranlıq krallıq (kölgələr dünyası): burda cizgi filmlərinin bütün qəddar obrazları məhz burda yaşayardı. Bu xeyirxahlıq krallığının tam əksi olardı;
  • Tokioda müasir texnologiyalar dünyası: parkda elm və texnologiyaların son nailiyyətləri əks olunmalı idi, “sabahkı günün şəhəri”;
  • Qar krallığı: Şimali Kaliforniyada buz vadisi, “xizək cənnəti”.

Bu Disneyin arzusunda olduğu ən böyük əyləncə parkları idi, lakin onlar hələ də gerçəkləşməmiş qaldı. Layihələr kağız üzərində qalaraq, bir çox səbəblərə görə həyata keçirilmədi.

3 thumb

Slumless, tütün tüstüsü olmayan şəhər

Ser Ebenezer Hovard şəhər-bağ hərəkatının təməlini qoymuş şəxs idi, bu layihə böyük bir paytaxtın şəhərkənarı davamı olmalı idi. Şəhər –bağlar şəhərdən kənarda, bütün çirkdən və sənaye şəhərlərinin hisindən və tüstüsündən uzaqda, təbiət qoynunda dincəlmək üçün nəzərdə tutulmuşdu. Hovard Britaniyada bir sıra bağ-səhərlərinin tikintisinə başçılıq edir, amma onunSlumless- tütün tüstüsü olmayan şəhər ideyası hələ də həyata gerçəkləşməyib.

Onun layihəsi olduqca maraqlıdır və əllə təsvir olunmuş diaqram şəklində təqdim olunur. Zahirən yaraşıqlı görünür. Gəlin, nəyin nə olduğuna aydınlıq gətirək. Bu böyük bir çevrədir, onun içərisində mərkəzləşmiş, baş şəhər yerləşir, onun ətrafında isə 6 ədəd balaca bağ-şəhər yerləşir. Hər şəhər öz növbəsində kanal ilə əhatə olunub və bütün kanalları birləşdirən iri bir kanal vardır. Bundan əlavə bütün balaca şəhərlərdən keçən düz kanallar da vardır və onlar hamısı mərkəzi şəhərdə birləşir. Kanallar boyu yollar da çəkilib. Şəhərdə hərəkət dəmiryolu ilə həyata keçirilməlidir. Hovard ferma, psixiatrik xəstəxanaların, hovuzların, kənd təsərrüfatı kolleclərinin, qəbiristanlıq və avaralar üçün evin tikintisi planlaşdırırdı.

Layihə dəstək tapa bilmədiyi üçün elə kağız üzərində qaldı. Təbii ki, bu olanların hamısı deyil, yer üzündə məhz öz zövqünə uyğun şəhər salmaq istəyənlərin sayı hesabı bəlli deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər