23 noyabr 2020-ci il saat 17.00-da “AZ AQRO” ASC-nin Balakən şəhəri, R. Səmədov küçəsi 20 nömrəli ünvanda yerləşən inzibati binasında cəmiyyətin növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə cəmiyyətin sədrinin 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi, maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabat, müəssisənin ləğvi və digər məsələlər daxildir.
Bildirək ki, “Az Aqro” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 589 min 904 manatdır və qanuni təmsilçisi Fizuli Varansovdur.