Yarım milyonluq tütün şirkətinin rəhbərliyində dəyişiklik olacaq

27 avqust 2021-ci il saat 14.00-da Qax Tütün MMC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər bunlardır: cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi; 2020-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş, təşkilati məsələlər (idarə heyətinin, direktorlar şurasının, təftiş komissiyasının tərkibinə baxılması);.

Yığıncaq Qax rayonu, Balakən şossesi ünvanda keçiriləcək. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.