9 C
Baku
Thursday, December 12, 2024

“Yarım saat nəzəriyyəsi” həyatınızı necə dəyişə bilər?

Reallıq budur ki, uğur zaman tələb edir. Böyük uğur böyük zaman tələb edir. Riçard Brenson bir gecə milyoner olmayıb, yaxud David Beckham bir neçə məşqdən sonra futbol üzrə dünya ulduzuna çevrilməyib.

Bununla yanaşı, istənilən vəziyyətdə və istənilən insan üçün keçərli olan bir üsul mövcuddur. İnsanların əksəriyyəti bu üsulu yaxşı bilsələr də ondan istifadə etmirlər. Nəyə görə? Axı dünyaların ayaqlarınızın altına səriləcəyinizi gözləmək daha asandır! Lakin aydındır ki, dünya istəklərimizə cavab verməyə tələsmir.

Buna görə də, sizi tez bir zamanda uğura gətirib çıxaracaq üsuldan istifadə edin. Bu üsul “yarım saat nəzəriyyəsi” adlanır. Bu metodun özünəməxsus və üstün cəhəti ondan ibarətdir ki, bu üsul hər kəs üçün əlçatandır və istənilən qrafikə uyğunlaşdırmaq mümkündür. Ümumi ideya isə belədir ki, hər gün yarım saat ərzində kiçik fəaliyyət ilə məşğul olur, daha sonradan isə onu təkmilləşdirmək istiqamətində çətinləşdirirsiniz. Hər şey çox sadədir, elə deyilmi? Lakin nə qədər çox insanın bu üsulun bayağı olduğunu düşündüyündə təəccüblənəksiniz.

Bu o deməkdir ki, hər gün oxumaq üçün yarım saat ayırmalı olacaqsınız. Boş şeydir?! Lakin bu şəkildə bir il ərzində 24 kitab oxumuş olacaqsınız ki,  buda əksər insanların 10 il ərzində oxuduqları kitab sayından çoxdur!

Gün ərzində bu 30 dəqiqəni hər hansı bir xarici dilin öyrənilməsinə və yaxud faydalı bir vərdişin mənimsənilməsinə sərf edə bilərsiniz.

Bəs uğura nail olmaq üçün bu nəzəriyyədən necə istifadə edə bilərsiniz:

Sizi maraqlandıran məsələ ilə bağlı yeni biliklər əldə edə, ixtisasınız ilə əlaqəli yeni bacarıqlar qazana bilərsiniz. Cəmi yarım ildən sonra seçdiyiniz istiqamət üzrə çoxlu sayda yeni biliklər qazanmış, 1 ildən sonra mütəxəssis ola biləcəksiniz.

Gündəlik 30 dəqiqənizi seçdiyiniz fəaliyyətə ayırmaqla 1 il sonra nə qədər çox yol qət etdiyinizdən özünüz heyrətə gələcəksiniz.

Səbrli olun. Ani nəticələr gözləməyin. Bunun üçün zaman lazımdır və məqsədiniz nə qədər böyükdürsə, bir o qədər də çox addım tələb olunacaq.

Son xəbərlər
Digər xəbərlər