9 C
Baku
Friday, December 13, 2024

I yarımillikdə Azərbaycanın valyuta ehtiyatları 8% artıb

1 iyul 2014-cü il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $54 mlrd. 412 mln. təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-iyun aylarında pul siyasəti haqqında icmalında deyilir. İcmal AMB-nin saytında dərc edilib.

Xəbər verildiyi kimi, 2013-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd. 232 mln. təşkil edib. Beləliklə, 2014-cü ilin I yarısında respublikanın strateji valyuta ehtiyatları 8,3% artıb.

“Azərbaycanın strateji valyuta ehtiyatları mal və xidmətlərin 3 illik ixracını ödəməyə imkan verir”, – deyə sənəddə qeyd olunur.

Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər