27 C
Baku
Saturday, July 27, 2024

Yaşama rekordu qıran şəxs kimdir?

Janna Kalmon yaşama davamiyyətinə görə dünya rekordunu qırmış bir qadındır və onun 122 yaşı vardır. Janna fransalıdır və Orlidə dünyaya gəlib.

Eyfel qülləsi inşa edildikdə onun 14 yaşı var idi. Bu zaman o Jan Qoq ilə görüşürdü və 1988-ci ildə rəssamın şərəfinə təşkil edilmiş yubiley gecəsində qadın müsahibə zamanı
demişdi: “O çirkli idi, pis geyinirdi və qaraqabaq idi”.

Janna 85 yaşı olduqda qılıncoynatma ilə məşğul olur, 100 yaşında velosiped sürürdü.

zhanna_kalmon_1

Bundan əlavə 114 yaşında kinoya çəkilmiş, 115-ci ildə ayağından əməliyyat olunmuş, 117 yaşında siqareti tərgitmişdir. Siqareti isə özünü pis hiss etdiyindən deyil, gözləri zəiflədiyi və hər dəfə kimdənsə siqaret istəməməsi üçün atmışdı.

90 yaşı olduqda heç bir varisi qalmayan Janna 47 yaşlı vəkil Raffri ilə müqavilə imzalayır: O qadın ölənə qədər hər ay kirayə haqqını ödəsə onun evi də ona qalacaqdı. Evin dəyəri isə 10 il ərzində onun haqqını ödəməyə bərabər idi. Lakin həyat burada öz zarafatını edir. Belə ki, Raffri 30 il ərzində evin kirayə haqqını ödəyir, 77 yaşında qadından öncə dünyasını dəyişir, evin kirayə haqqını ödəmək öhdəliyi isə qanuna əsasən onun həyat yoldaşına keçir.

Həyat isə hələ ki, bu yaşlı qadını qonaq etməkdə davam edir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.