25 C
Baku
Saturday, July 27, 2024

Yasamal rayonunun sosial-iqtisadiyyatı bu şəxsə tapşırıldı – Təyinat

Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdirlərindən biri dəyişdi.

Bu barədə Banker.az-a daxil olan məlumata görə bununla bağlı rayonun icra başçısı 44 yaşlı Elşad E. Həsənov əmir imzalayıb.

Məlumata görə, Şükürzadə Nurlan Rövşən oğlu , Yasamal RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Buna qədər isə bu vəzifəni Əliyev Qabil Adil oğlu tuturdu.

Şükürzadə N. bundan öncə, Xəzər Rayon İcra Hakimiyyətində eyni vəzifəni tuturdu.

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 km2-dir. 2019-cu ilin rəsmi statistikasına görə, rayonun 244 900 nəfər əhalisi var.

Son xəbərlər
Digər xəbərlər