Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Hoffmann-Janz Ziviltechniker GmbH ilə təxminən 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri Yasamal rayonu ərazisində salınan Mərkəzi Parkın 4-cü fazasının Konsepsiyasının hazırlanması və layihələndirmənin həyata keçirilməsi xidmətləri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 2 828 486 manatdır.
Hoffmann-Janz Ziviltechniker GmbH Avstriyada fəaliyyət göstərən memarlıq şirkətidir.






