“The Economist” nəşri yaşam standartı yüksək olan şəhərlərin siyahısını hazırlayıb. Siyahı hər qitədən şəhərləri əhatə edir.
Məlumata görə, nəşr qlobal yaşayış qabiliyyəti indeksini tərtib edərkən səhiyyənin keyfiyyəti, təhsil, mədəniyyət sahəsi, infrastruktur və başqa amilləri nəzərə alıb. Ümumi xal 100 baldır.
Siyahının ilk onluğunda yer alan şəhərləri təqdim edirik:
1. Vyana – Avstriya
Vyana ən yaxşı yaşayış məkanları arasında birincidir. Avstriyanın paytaxtı son 10 sorğunun səkkizində birinci yeri tutaraq reytinqdə üstünlük qazanıb.
Vyananın birinci yerdə olmasına səbəb sabitlik, yaxşı infrastruktur, güclü təhsil və səhiyyə xidmətlərinin yüksək qiymətləndirilməsi olub. Yeganə çatışmazlıq böyük idman tədbirlərinin keçirilməməsidir.
2. Kopanhagen – Danimarka
Kopanhagen şəhəri təhsil, infrastruktur və sabitlik baxımından yüksək qiymətə layiq görülüb.
Qeyd edək ki, Danimarka hər il dünyanın yaşamaq üçün ən xoşbəxt ölkələrindən biri kimi seçilir.
3. Melburun – Avstraliya
COVID-19 virusu şəhərin səhiyyə sistemini alt-üst etmişdi. Lakin cari ildə ölkə üzrə səhiyyə sistemi “The Economist” tərəfindən yüksək qiymətləndirilib. Bu amil Melburnun ilk 10-a qayıtmasına kömək edib.
4. Sidney – Avstraliya
Sidneyin səhiyyə sistemi də ən yaxşılar sırasında yer alıb. Bundan əlavə, şəhərin təhsili və infrastrukturu da maksimal – 100 balla qiymətləndirilib.
5. Vankuver – Kanada
Vankuver ötənilki siyahıda olduğu kimi bu il də 5-cidir.
6. Sürix – İsveçrə
İsveçrənin ən böyük şəhəri Sürix son bir ildə üçüncü yerdən altıncı yerə geriləyib. Sürix yaşamaq və işləmək üçün dünyanın ən bahalı şəhərlərindən biridir.
7. Cenevrə – İsveçrə
Avropa şəhərlərinin reytinqdə geriləmə tendensiyasını davam etdirən Cenevrə bu il ilk 10-luqdakı yerini qoruyub. Şəhər 6-cı yerdən 7-ci sıraya düşüb. Cenevrə də dünyanın ən bahalı şəhərləri sırasında qərarlaşıb.
8. Kalqari – Kanada
İlk 10-luqda ABŞ təmsil olunmasa da, Kanada yaxşılar arasında qeyd olunub. Kalqari şəhərində sabitlik, infrastruktur, təhsil və səhiyyə kimi sahələr yüksək balla qiymətləndirilib.
9. Toronto – Kanada
Şəhər sabitlik baxımından yüksək qiymətləndirilib və yaşamaq üçün ən yaxşılar sırasında göstərilib.
10. Osaka – Yaponiya
COVID-19 məhdudiyyətlərinin sona çatması Asiya-Sakit Okean bölgəsindəki bir çox şəhərin yenidən canlanmasına əhəmiyyətli təkan olub. Osoka Yaponiyanın ən çox əhalisi olan üç şəhərindən biridir. Çoxmədəniyyətli şəhərlər sırasında qərarlaşan Osaka COVID-19 dövrü tədbirlərinin aradan qaldırılmasından sonra mədəniyyət və ətraf mühit reytinqlərində xeyli irəliləyib.