19 C
Baku
Tuesday, June 17, 2025

Yaşamaq üçün dünyanın ən rahat şəhəri açıqlanıb

Yaşamaq üçün dünyanın ən rahat şəhərləri açıqlanıb. Sözügedən “Economist Intelligence Unit” (EIU) reytinqində birinci yeri Kopenhagen tutub. Bu il siyahıda ümumi 173 şəhər var, onların sıralanmasında səhiyyə, təhsil, infrastruktur və ətraf mühit kimi amillər nəzərə alınıb.

Kopenhagen sabitlik, təhsil və infrastruktur baxımından ən çox xal qazanıb. İkinci yeri Vyana və Sürix bölüşüb. Melburn, Cenevrə, Sidney, Osaka, Oklend, Adelaida və Vankuver də ilk 10-luğa daxil olub.

Yaşamaq üçün ən əlverişsiz şəhər isə Dəməşq seçilib. Dəkkə, Tripoli, Kəraçi və Əlcəzair də siyahının sonuncu pillələrində yer alıb.

Son xəbərlər
Digər xəbərlər