Çoxları qənaət etməli olur.
Əgər 400 manatdan ibarət orta əməkhaqqını nəzərə alsaq, şəhər şəraitində yaşamaq o qədər də asan deyil. Bu şəraitdə Azərbaycanda işləyənlərin yarısı məvacibdən məvacibə yaşayırlar.
Bunu Əhalinin əmək hüquqlarını müdafiə liqasının sədri Sahib Məmmədov bəyan edib.
Amma onun sözlərinə görə məvacib məsələsinə müxtəlif tərəflərdən yanaşmaq lazımdır.
“Bütün məsələ insanın harada, regionda və ya şəhərdə yaşamasından asılıdır. Məsələn, kənddə insan 500 manat məvacib ala bilər, onun torpaq sahəsi ola bilər, bunu isə kənd təsərrüfatı məqsədi ilə istifadə edə bilər.
Nəzərə almaq lazımdır ki, bəzilərinin əlavə gəlir mənbəyi var. Əks halda yalnız məvacib və ya təqaüdlə yaşamaq həddən artıq çətindir”.
İndiki şəraitdə ailəsində həyat yoldaşı və iki uşaq olan adamın aylıq təqribən 1000 manat maaş alması vacibdir, S.Məmmədov deyir.
“Bu zaman ailənin şəxsi mənzili olmalıdır. Əgər məvacib və ya gəlir göstərilən məbləğdən azdırsa ailə qənaət etməli olacaq. Hələ üstəlik şəxsi yaşayış yeri olmadıqda, mənzil üçün arenda ödəməli olurlar, bu isə ailənin xərclərini daha da artırır”, – S.Məmmədov deyib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Statistika Komitəsinin 2014-cü ilin I rübü üçün olan məlumatına görə əhalinin gəliri, keçən ilin analoji dövrü üçün olan göstəricilərlə müqayisədə 4,5% artaraq 9,1 milyard manat olub. Birinci rübdə bir nəfər üçün gəlir 969,2 manat və ya aylıq 323,1 manat olub.
Əhalinin bir nəfərin üçün gəlirin artması nəticəsində istehlakçı qiymətləri də 1,2% artaraq 3,2% olub. Əhalinin gəlirinin 70,9% istehsalçı xərclərinə, 8,6% vergilərin, sosial-sığorta və üzvlük haqqının ödənilməsinə, 2,2 % kreditlərin faizlərinin ödənilməsinə, 18,3% sərmayə və əmanətlərin yatırılmasına sərf edilib.
Exo.az