10 C
Baku
Thursday, December 26, 2024

“YAŞAT” Fondunun investisiya fəaliyyəti ilə məşğul olub-olmayacağına aydınlıq gətirilib

“YAŞAT” Fondunun gələcəkdə investisiya fəaliyyətləri ilə məşğul olub-olmayacağına aydınlıq gətirilib.

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında deyib.

O bildirib ki, bu fəaliyyət üçün kifayət qədər vəsait olmalıdır:

“Digər tərəfdən qanunvericilikdə dəyişiklik olmalıdır. Mövcud qanunvericilik və fondun əsasnaməsi investisiya fəaliyyətləri ilə məşğul olmağımıza imkan vermir. Əgər qanunvericiliyə dəyişiklik edilərsə, bu istiqamətdə fəaliyyətlər ola bilər. Hazırda kifayət qədər görəcəyimiz işlərimiz olduğundan daxil olan vəsaiti investisiyalara yönəldə bilmirik”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər