14 C
Baku
Tuesday, April 16, 2024

Yaşayış binalarında məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi qaydası müəyyənləşib

Yaşayış binalarında məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi qaydası müəyyənləşib.

Bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Normalara əsasən, yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər