Yaşayış binalarında 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilməyəcək.
Bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, yaşayış binalarının kürsülük və zirzəmi mərtəbələrində tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, yanacaq materiallarının saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların; uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının, 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilmir. Bu mərtəbələrdə digər obyektlər yerləşdirilərkən Normalarla müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.
Eyni zamanda yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər. Bu zaman Normaların tələbləri nəzərə alınmalıdır.