Sentyabrın 28-dən etibarən yaşayış icazəsi olan əcnəbilərin Çinə girişinə icazə veriləcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, həmin şəxslərin viza üçün yenidən müraciət etməsinə ehtiyac yoxdur.
Qeyd olunub ki, martın 28-dən sonra Çində yaşayış icazəsinin müddəti bitən əcnəbilər Çinin səfirliklərinə və konsulluqlarına viza üçün müraciət edə biləcəklər.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar mart ayından etibarən müvəqqəti olaraq Çin vizaları və yaşayış izni olan əcnəbilərin ölkəyə girişini dayandırıb