9 C
Baku
Monday, November 18, 2024

Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı 2023-2027-ci illəri əhatə edəcək proqram hazırlanıb

“Azəriqaz” İB tərəfindən ölkə üzrə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı 2023-2027-ci illəri əhatə edəcək proqram hazırlanıb.

Bu barədə “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, proqrama əsasən yaxın beş il müddətinə 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur ki, onlardan 235-i meşəətrafı məntəqələrdir.
“Ümumilikdə ölkə üzrə işğaldan azad olunan ərazilər istisna olmaqla 979 qazlaşmayan yaşayış məntəqələr mövcuddur. Onlardan 426 yaşayış məntəqəsi meşəətrafı yaşayış məntəqəsidir. Meşəətrafı yaşayış məntəqələrinin içində qazlaşması texniki iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilən yaşayış məntəqələri mövcuddur. Onların digər alternativ mənbələrdən istifadə etməklə enerji təminatı ilə bağlı biz dövlətə müraciət etmişik”, – deyə İlham Mehbalıyev qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda bu ilki qazlaşma proqramı çərçivəsində 69 kəndin 62 yaşayış massivində qazlaşma işləri həyata keçirilir.
“Hazırda 3 kəndə və 9 yaşayış massivinə qaz verilib, 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır, 5 kənd və 19 yaşayış massivində isə infrastruktur istismara qəbul prosesindədir. Bundan sonra isə 7 kəndin 3 yaşayış massivində qazlaşma işlərinin aparılması gözlənilir”, – deyə İlham Mehbalıyev əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər