“Xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara 190 manatın verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə həyata keçirilir”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bildirib.
Onun sözlərinə görə, hökumət tərəfindən qərar qəbul edilsə, təbii ki, bu, yenidən veriləcək: “Bildiyiniz kimi, 190 manat “Yaşayış minimumu” haqqında qanuna uyğun olaraq nəzərdə tutulur. Əgər yaşayış minimumunda müvafiq artım olarsa, 190 manatla bağlı da artım olacaq. Hökumət qərar verərsə, bu məbləğin verilməsi bizim tərəfimizdən icra olunacaq”.