10 C
Baku
Thursday, December 12, 2024

Yaşayış minimumu və ünvanlı yardıma aid qanunvericilik dəyişə bilər

Azərbaycanda yaşayış minimumu və ünvanlı dövlət sosial yardımı haqqında qanunvericiliyə dəyişiklik edilməsi barədə iki qanun layihəsi hazırlanıb.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli bildirib.

“Bir neçə qanun layihəsi hazırlamışıq, ancaq 2-sini oktyabrın 18-də parlamentin aparat rəhbəri Fərid Hacıyevə təqdim etmişik. Hesab edirəm ki, bu qanunlar qəbul olunsa, 2023-cü il üzrə büdcə zərfinə Milli Məslisin töhvəsi olardı. Əgər yaşayış minimumu ilə ehtiyac meyarı bərabərləşirsə, yəni ehtiyac meyarına lüzum yoxdursa, həmin iki qanunda uyğunluqların aparılması, yoxsulluq həddinin artıq ehtiyac meyarı ilə deyil, yaşayış minimumu ilə ölçülməsinə başlanılması aztəminatlı ailələr üçün çox yaxşı hüquqi baza olar”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər