27 C
Baku
Saturday, April 27, 2024

Yaşayış üçün Avropanın ən ucuz şəhərləri elan edildi

Avropada iş tapmaq üçün perspektivli və yaşayış üçün kifayət qədər az xərcli çox saylı şəhərlər var. Banker.az Glassdoor-a istinadən məhsul və xidmət, qida məhsulları, nəqliyyat, kommunal xərclər və mənzil icarəsinə digər Avropa şəhərlərindən daha az xərc tələb edən 7 şəhəri təqdim edir.

  1. Barselona, İspaniya.

barcelona1

Barselona Avropa İttifaqı şəhərləri içərisində əhalinin ən sıx məskunlaşdığı şəhərlərdən biridir. Şəhər bütün dünyadan professional və turistləri özünə cəlb edir. Lakin bununla belə, Barselonada yaşayış xərcləri şəhər əhalisinin əldə etdiyi əmək haqqı səviyyəsindən bir qədər aşağıdır.

  1. Lissabon, Portuqaliya.

lisbon sightseeing

Lissabonda yaşayış üçün tələb olunan az xərclər şəhər əhalisini iqtisadiyyat haqqında az düşünməyə vadar edir.

  1. Afina, Yunanıstan.

athens-afina

Şəhərin kütləvi işsizlik, bphran və mühacir axını ilə üzləşməsinə baxmayaraq, burada iş tapmaq yenə də mümkündür. Belə ki, Afina yaşayış üçün çox ucuz şəhərdir.

  1. Tallin, Estoniya.

rsz tallinn ariel shot

Tallinin Estoniyanın paytaxtı olmasına və burada əmək haqqlarının az olmamasına baxmayaraq, şəhərdə yaşayış üçün tələb olunan xərclər digər Avropa şəhərləri ilə müqayisədə inanılmaz dərəcədə aşağıdır.

  1. Salonik, Yunanıstan.

ThessalonikiGreece

Yunanıstanın ölçüsünə görə ikinci böyük şəhəri dənizin sahilində yerləşir. Salonik həmçinin ölkənin nəhəng nəqliyyat mərkəzidir və hələ bir çox iş yerləri təklif edir. Həmçinin şəhər sahib olduğu çox saylı muzeylər və heykəllər ilə populyar turizm şəhəridir. Afinada olduğu kimi, Salonikdə də yaşamaq çox ucuz başa gəlir.

  1. Portu, Portuqaliya.

06

Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portuda həyat Nyu-Yorkda olduğundan 70% ucuzdur.

  1. Tartu, Estoniya.

9187049382 60970d6f18 b

Bu gözəl şəhər Estoniyanın ikinci ən böyük şəhəridir. Məşhur Tartu universiteti məhz burada yerləşir. Tallində olduğu kimi, Tartuda da yaşayış xərcləri çox ucuzdur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər