Banker.az-ın məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı fiziki şəxslərə ödənilmiş ƏDV-nin bir hissəsi müvəkkil banklar vasitəsilə 20 milyon 176,6 min manat həcmində geri qaytarılıb. Layihə uğurla davam edir və vətəndaşlara vergi güzəştlərinin tətbiqi davam etdirilir.