13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Yaşayış yerlərinin icarəsini təklif edən Airbnb servisi IPO zamanı 3 milyard dollar investisiya əldə edə bilər

faizlere

Qısamüddətli yaşayış yerinin icarəsi xidmətini təklif edən Airbnb servisi IPO çərçivəsində 3 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, servis IPO-nun keçirilməsi sorğusunu hələ avqust ayında göndərmişdi. Birjaya çıxarılacaq səhmlərin sayı və onların qiymətləri barəsində şirkət heç bir məlumat verməyib. IPO-nun rəsmi keçirilmə tarixi də məlum deyil.

Reuters saytının anonim mənbələrinin sözlərinə əsasən şirkət bu ilin dekabr ayında birjaya çıxmağı planlaşdırır. Bu tarix həmçinin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri səbəbilə dəyişə də bilər. Məlumatda qeyd edilib ki, IPO nəticəsində Airbnb-nin bazar dəyəri 30 milyard dollara yüksələ bilər. Lakin şirkətin bazar dəyəri həmçinin bazardakı vəziyyətə uyğun da dəyişə bilər.

Qeyd etmək lazımdır ki, Airbnb-nin IPO-su bu ilin ən böyük və gözlənilən IPO-larından biridir. Koronavirus pandemiyası nəticəsində yaranmış böhran ilə mübarizə aparmaq üçün servis bu ilin aprel ayında ikinci dəfə investorlardan 1 milyard dollar əldə etmişdi. Həmin vaxtda şirkətin bazar dəyəri 18 milyard dollar təşkil edirdi. Şirkətin sonuncu müstəqil bazar dəyərləndirilməsində isə onun qiyməti 21 milyard dollar təşkil etmişdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Technote
Son xəbərlər
360 380
Oxşar xəbərlər