Dünyada yaşı 40-dan az olan milyarderlərin sayı 79-a çatıb ki, bu da 2020-ci illə müqayisədə 26 nəfər çoxdur.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ümumilikdə, onların ümumi sərvəti il ərzində 1.5 trilyon yuan (təxminən 230 dollar) artıb və hazırda 3.4 trilyon yuan (təxminən 523 milyard dollar) təşkil edir. Eyni zamanda 74 milyarder sərvətini artırmağı bacarıb.
Bu siyahıda yer alan varlılar Avstraliya, İngiltərə, Almaniya, Hindistan, Kanada, Çin, BƏƏ, ABŞ, Sinqapur və İsveçdəndir. Onların əksəriyyəti ABŞ, Çin və Hindistanda yaşayır.
Gənc milyarderlərin reytinqinə 653 milyard yuan (100 milyard dollar) sərvətlə 36 yaşlı Mark Çukerberq liderlik edir. İkinci yerdə 350 milyard yuanla “ByteDance” şirkətinin 38 yaşlı rəhbəri Zhang Yiming dayanır (53 milyard dollar). İlk üçlüyü “Beijing Kuaishou Technology” şirkətinin qurucusu 39 yaşlı Su Hua tamamlayır (23 milyard dollar).